AZ

Neymar Braziliyada xoşbəxtdir: O, sevgilisi ilə belə vaxt keçirir

"Santos"un futbolçusu Neymar özünü xoşbəxt hiss edir.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanındakı çətin dövrdən sonra o, artıq baxımlı qollar vurmağa və məhsuldar ötürmələr etməyə başlayıb.

Eyni zamanda şəxsi həyatı da normala dönüb. Neymar sevgilisi Bruna Biankardi ilə ikinci övlalarını gözləyirlər. Bu müddətdə də birlikdə xoş vaxt keçirirlər.

Məsələn, Rioda keçirilən karnavala qatılıblar. Onlar publika önündə bir-birinə qarşı incə hisslərini gizlətməyiblər.

Qeyd edək ki, 33 yaşlı vinger yetirməsi olduğu "Santos" ilə 6 aylıq müqavilə imzalayıb. Neymar 7 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Publika.az

Seçilən
9
publika.az

1Mənbələr