AZ

Amil Səlimov: Mədəni kimliyin qorunması və Latviya cəmiyyətinə inteqrasiya prosesi birgə getməlidir

Latviyadakı Azərbaycan diasporu təkcə mədəni tədbirlərin təşkili ilə deyil, həm də Azərbaycan üçün əlamətdar olan matəm günlərinin qeyd edilməsi ilə fəal məşğul olur.

Bunu "Report"a müsahibəsində Latviya Seyminin deputatı Amil Səlimov deyib.

"Biz təbii ki, diasporlar çərçivəsində ictimai fəaliyyətlə də məşğul oluruq. Bura konsertlərin və mədəni tədbirlərin təşkili, həmçinin Azərbaycan üçün əlamətdar olan matəm günlərinin qeyd edilməsi daxildir. Biz həmişə onlara lazımi diqqət göstəririk", - o bildirib.

Deputat qeyd edib ki, o, gənclərə və bütövlükdə diaspora bacardığı qədər dəstək olmağa çalışır: “Mən bunu həmişə məmnuniyyətlə edirəm, çünki mənim üçün təkcə yaşadığın cəmiyyətə inteqrasiya deyil, həm də öz mədəni kimliyini qorumaq vacibdir”.

“Əlbəttə ki, yaşadığın ölkənin dilini bilmək, qanun və ənənələrinə hörmət etmək lazımdır. Lakin eyni zamanda öz tarixi vətənini, dilini və mədəniyyətini unutmaq olmaz. Müxtəlif xalqların mədəniyyətini, dilini və ənənələrini bilmək həm insanın özünü, həm də bütövlükdə cəmiyyəti zənginləşdirən böyük sərvətdir”, - o vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Seçilən
17
report.az

1Mənbələr