AZ

Göyçayda ev yandı - FOTO

Göyçayda fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mirzəhüseynli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Elşad Əhmədova məxsus yaşayış evinin 5 otağının dam örtüyü və yanar konstruksiyaları (200 kv metr) yanıb.

Bundan başqa ümumi sahəsi 154 kv m olan talvarın altına yığılmış 3 ton ot bağlamasının 2 tonu külə dönüb.

Hadisə yerinə dərhal FHN-in Göyçay rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yexnikası cəlb olunub.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.Hazırda faktla bağlı araşdırma aparılır.










Bizim.Media, Aran bürosu

Seçilən
12
bizim.media

1Mənbələr