AZ

Siyasi partiyalar Xankəndidə: "Çox emosional və xoş səfərdir"

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya səfər ediblər.

Xankəndiyə səfər edən siyasi partiya loiderlərindən biri də REAL PArtiyasının sədri Natiq Cəfərlidir.

Natiq Cəfərli Modern.az-a açıqlamasında bunun işğaldan azad edilmiş torpaqlara ilk səfəri olduğunu və təssüratlarını sözlə ifadə edə bilmədiyini deyib:

"Açığı bu, işğaldan azad olunmuş torpaqlara ilk səfərim idi. Emosiyalarımı sözlə ifadə edə bilmirəm. İnsan burada nə qədər böyük qələbəyə nail olduğunu, əsgərimizin şücaəti hesabına  torpaqlarımızın qaytarıldığını daha yaxşı anlayır. Ən təsirli mənzərə Xocalıda oldu. Xocalıda məktəbin yanındakı stadionda uşaqlar futbol oynayırdılar. Bu mənzərə ondan xəbər verir ki, artıq Qarabağa qayıtmışıq, Qarabağda yaşayırıq, Xocalıdayıq. Bu baxımdan çox emosional və  həddindən artıq xoş səfərdir".

Partiya sədri REAL-ın Xankəndidə nümayəndəliyini açıb-açmayacağı ilə bağlı məsələyə də toxunub:

"Azərbaycanın müxtəlif bölgələrində partiyanın nümayəndəliklərinin açılması təbii ki, gündəmimizdədir. Hazırda partiyanın nümayəndəlikləri Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərir. Nümayəndəliyin fəaliyyət göstərməsi üçün əvvəla üzvlərin olması lazımdır. Bura əhali köçdükdən, əhalinin yaşayışı tam oturuşandan sonra təbii ki, Xankəndidə partiyanın nümayəndəliyinin olması ən böyük istəklərmizdən biri ola bilər".

Seçilən
35
modern.az

1Mənbələr