"Liverpul" cari mövsüm Avropanın dörd top liqasının çempionunu qol buraxmadan məğlubiyyətə uğradıb.
Fanat.Az xəbər verir ki, "qırmızılar" son olaraq Fransada UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda PSJ-ni 1:0 hesabı ilə üstələyiblər.
Sözügedən kollektiv İngiltərə Premyer Liqasının son çempionu "Mançester Siti"ni hər iki görüşdə 2:0 hesabı ilə yenib.
Eyniadlı şəhərin təmsilçisi ÇL-in Liqa mərhələsində İspaniya La Liqasının qalibi "Real Madrid" (2:0) və Almaniya Bundesliqasının çempionu "Bayer Leverkuzen" (4:0) üzərində də "quru" qələbə qazanıb.