AZ

Türkmanlar işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər - Ülviyyə Qarayeva

Bakı. Trend:

Bu ay – martın 18-də Agentliyin xətti ilə “Türkman irsi:vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələrüzrə meneceri Ülviyyə Qarayeva deyib.

O qeyd edib ki, bu forumda İraq, Suriya və Türkiyədə yaşayantürkmanlar iştirak edəcək.

"Forumdan öncə qonaqlar işğaldan azad edilmiş ərazilərə -Şuşaya, Xankəndiyə, Xocalıya, Məhəmməd Füzulinin şərəfinə adıverilmiş Füzuliyə səfər edəcəklər. Bu, tarixi forum olacaq. Aprelayında isə Azərbaycan QHT tarixində ən böyük tədbir keçiriləcək –Qlobal Cənub QHT Platformasının Bakıda təsis yığıncağı olacaq. Buforumda 100-ə yaxın ölkədən xarici QHT təmsilçilərinin iştirakıplanlaşdırılır. May ayında isə səhiyyə profilli QHT-lərin Forumunahazırlaşırıq. Bu mühüm tədbirlərin hər biri ilk dəfədir. Bundanbaşqa, il ərzində mübadilə proqramlarımız, Xankəndidə AzərbaycanQHT-lərinin Əməkdaşlıq Forumu və digər çoxsaylı tədbirlərimiz,QHT-lərlə bağlı qanunvericiliyə mühüm dəyişikliklərlə əlaqədartəkliflərimiz olacaq", - deyə Ü. Qarayeva qeyd edib.

Türkmanlar
Məqalədə:
Seçilən
23
1
az.trend.az

2Mənbələr