AZ

Tehranda su qıtlığı: Əhaliyə xəbərdarlıq edildi

İranın paytaxtı Tehranda bəndlərdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən əhaliyə su istehlakını 20 faiz azaltmaqla bağlı çağırış edilib. 

Sitat.info xəbər verir ki, Tehran beşinci quraqlıq ilinə qədəm qoyub, yağışların 45 faiz azalması paytaxtda su qıtlığı həyəcanına səbəb olub.

Məlumata görə, paytaxtı su ilə təmin edən bəndlərdə suyun həcmi azalıb və hava proqnozları gələn il də quraqlığın davam edəcəyini göstərir.

Tehran Su İdarəsi həmçinin yay aylarında suyun kəsilməsinin qarşısını almaq üçün əhalini istehlakını 20 faiz azaltmağa çağırıb.

Tehranın su ehtiyatları və istehlakında balanssızlıqla üzləşdiyi, bəzi evlərdə gündə adambaşına 500 litr su sərf edildiyi, bunun da standartlardan xeyli yüksək olduğu bildirilib.

Bu çərçivədə, həddindən artıq sudan istifadə edən abonentlərə ilk mərhələdə xəbərdarlıq ediləcəyi və yüksək istehlakın davam edəcəyi təqdirdə suyunun kəsiləcəyi barədə xəbərdarlıq edilib.

Səid,

Sitat.info

Seçilən
2
1
sitat.info

2Mənbələr