AZ

Cavanşir Mirzəyev: Beş yaşımda tərk etdiyim Ağdərəyə üç övladımla birgə qayıtmışam

Tərtər, 6 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Beş yaşımda tərk etdiyim Ağdərə rayonuna indi ailəmlə, 3 övladımla birgə qayıtmışam.

Bu sözləri Tərtərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Cavanşir Mirzəyev deyib.

“Sevincliyik, qürurluyuq. Allah bu torpaqlar uğrunda mübarizədə şəhid olanlara rəhmət eləsin, qazilərimizə şəfa versin. Ali Baş Komandana, Ordumuza təşəkkür edirəm ki, onların sayəsində yenidən doğma torpaqlarımıza qovuşmuşuq”, - deyə Ağdərə sakini bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Ağdərənin Həsənriz kəndinə bu gün 25 ailə - 75 nəfər köçürülüb.

Seçilən
14
azertag.az

1Mənbələr