Bakı. Trend:
Təbrizdə keçirilən mədəniyyət həftəsində çıxış edən İranPrezidenti Məsud Pezeşkianın ana dilində şer oxuması vacib məqamidi, çünki zalda şeiri bəyənəcək azərbaycanlılar əyləşmişdi. Eynizamanda bu, müxtəlif mədəniyyətləri özündə birləşdirən qədimAzərbaycan şəhəri Təbrizin mədəniyyətini qeyd edən tədbirin birhissəsi idi.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmışeksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiqpolkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetininşərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq vəİslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat StratejiAraşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanınnüfuzlu nəşrlərindən “Jerusalem Post”da dərc olunmuş “İranprezidenti Pezeşkian mədəni zülmlə üzləşib” sərlövhəli məqaləsindəyazıb.
Qeyd olunub ki, əsrlər boyu Azərbaycan xalqının paytaxtı olmuşTəbriz bu gün əhalisinin mütləq əksəriyyəti Azərbaycan Türklərindənibarət Güney Azərbaycanın mədəniyyət paytaxtıdır. Ərazisi inzibatibaxımdan İranın suverenliyi altında olmasına və fars dilinin buradasərbəst şəkildə anlaşılmasına baxmayaraq, əhalisinin əksəriyyəti özana dilində - azərbaycanca danışan Güney Azərbaycanın mədəniyyətivahid Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.
Yazıda Prezident Pezeşkianın mədəniyyət həftəsinin bağlanışmərasimində çıxışı zamanı dramatik məqamın yaşandığı diqqətəçatdırılıb. Belə ki Pezeşkian məşhur təbrizli şair, “Şəhriyar”ləqəbi ilə tanınan Məhəmmədhüseyn Behcət Təbrizinin xatirəsini onunAzərbaycan dilində qələmə aldığı “Heydərbabaya salam” poemasındanbir neçə misra iqtibas etməklə anıb. Həmin an mərasimi təşkil edənrəsmilərdən biri dövlət başçısının çıxışını kəsərək ona şeiriAzərbaycan dilində deməmək barədə xəbərdarlıq edib. Pezeşkianıngülümsəyərək “Türkcə iki misra şeir oxumaqda problem yoxdur” cavabıtamaşaçıların alqışına səbəb olub. İsrailli professor yazısındaİran prezidentinin söylədiyi misranı olduğu kimi - Azərbaycandilində tərcüməsi ilə əks etdirib.
Məqalədə tədbirin vaxtilə Təbrizə səfəri zamanı ona qoşulmuştamaşaçılarla birlikdə Azərbaycan dilində şeirlər oxumuş İranınkeçmiş Prezidenti Mahmud Əhmədinecadın səfərini xatırlatdığına dadiqqət çəkilib. Müəllif İranda Azərbaycan mədəniyyətinə həsrolunmuş tədbirdə Prezidentə müdaxilə edilməyəcəyi halda tədbirindiqqətdən kənarda qala biləcəyini də kinayə ilə vurğulayıb.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.jpost.com/opinion/article-844092