AZ

Güləş üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın son günündə 5 çəkidə mükafatçılar müəyyənləşib.

Yunan-Roma güləşi üzrə 41, 48, 57, 68 və 85 kq-da medallar sahiblərini tapıb. Beş çəkidən dördündə “Neftçi”nin təmsilçiləri çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, martın 3-də start götürən birincilikdə 20 dəst medalın sahibi müəyyənləşib.

Yunan-Roma güləşi
41 kq

1. Rahib Əhmədov (Sumqayıt-Təhsil, "Neftçi")
2. Əli Cavadlı (UGİM-2)
3. Azər Teymurov (Masallı)
4. Paşa Aslan (UGİM-2)

48 kq
1. Qurban Məcnunov (Neftçi)
2. Abdurrəhman Hüseynli (ROİL, "Neftçi")
3. Vəkil Bəşirov (Sumqayıt, Təhsil)
3. İbrahim Abbasov (Cəlilabad)

57 kq
1. İbrahim Məmmədzadə (Göyçay)
2. Sərvan Məmmədov (Şəmkir)
3. Eldəniz Allahverdiyev (Neftçi)
3. Samir Həsənov (UGİM-1)

68 kq
1. Əli Məmmədov (Gəncə, "Neftçi")
2. Rəfail Əhədli (AHİTA, Sumqayıt-Təhsil)
3. Hüseyn Mehdili (Sumqayıt, Təhsil)
3. Ömər Xəlilov (Göyçay)

85 kq
1. Məhəmməd Orucov (Sumqayıt-Təhsil, "Neftçi")
2. Zöhrab Səfərov (AHİTA, "Neftçi")
3. Məhəmməd Cəfərov (Goranboy)
3. Yunis Alxanov (Gəncə, Təhsil-1)

İdman.biz

Seçilən
27
8
idman.biz

9Mənbələr