AZ

Rusdilli məktəblərlə bağlı AÇIQLAMA – “TƏDRİCƏN...”

Yazını böyüt
Yazını kiçilt

Fikrimcə, Azərbaycanda rus dilinə qarşı ümumi siyasət dəyişməlidir. Birdən-birə inzibati qaydada nələrisə dəyişib baltanı kökündən vurmaq da olmaz.  Təbii ki, dövlət idarələrində dövlət dili olaraq Azərbaycan dili işlənməlidir, özgə dilin işlənməsi həm də qeyri-qanunidir.

Bu fikirləri hafta.az-a AMİP lideri Etibar Məmmədov deyib.

Onun sözlərinə görə, məktəblərə gəldikdə isə hər hansı bir vətəndaş istədiyi dildə təhsil ala bilər və buna qadağa qoyilmamalıdır. Ancaq dövlət yalnız Azərbaycan dilində fəaliyyət göstərən məktəbləri  maliyyələşdirməlidir: “Ölkədə rus, ingilis, fransız  və s. dillərdə də məktəblər ola bilər. Onlar özlərini maliyyələşdirən, özəl məktəblər olmalıdır. Yəni onlar dövlət tərəfndən maliyyələşdirilməməlidir. Bu keçidi də tədricən etmək lazımdır. Dediyim kimi, baltanı kökündən vurmaq və bununla Kremlin əlinə bir bəhanə də vermək olmaz. Ukraynaya hücumun səbəblərindən biri bu idi ki, guya Rusiya oradakı rusdilli əhalini Ukrayna hökumətinin təzyiqlərindən müdafiə edirdi. Yəni bu cür bəhanəni Azərbaycan üçün də vermək olmaz. Dövlət dilinin təbliğini gücləndirmək, dövlət məktəblərinin yalnız Azərbaycan dilində olmasını təmin etmək bu prosesi yumşaq şəkildə həll etməyə imkan verər”.

Seçilən
96
hafta.az

1Mənbələr