AZ

İsrail və ABŞ-ın İrana birgə mesajı

Ötən gün İsrail və ABŞ Hərbi Hava Qüvvələri birgə hərbi təlimlər keçirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

Məlumata görə, təlim çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52” strateji bombardmançı təyyarə İsrail “F-35”-ləri ilə bərabər uçub.

Uçuş əsnasında qüvvələr müxtəlif regional təhlükələrə qarşı mübarizə imkanlarını artırmaq üçün iki ordu arasında əməliyyat koordinasiyası tətbiq edib.

Seçilən
13
publika.az

1Mənbələr