AZ

Vətən müharibəsinin iştirakçısı paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vətən müharibəsinin iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq.
Oxu.Az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı gündəlik məşqlərini davam etdirir və öz bacarıqlarını təkmilləşdirir.
Paralimpiyaçı, həmçinin "Şahdağ" Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da gücünü sınayıb.
P.Rzayevin yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. O, "Azərbaycan bayrağı", "Şücaətə görə" ordenlərinə, "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.
Seçilən
14
1
oxu.az

2Mənbələr