AZ

Əvəzedicilər: “Neftçi” Gəncədə 3 qola üzüldü

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 25-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kəpəz” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Əvəzedicilər Liqası
25-ci tur
4 mart

“Səbail-2” – “Şamaxı-2” 4:0
Qollar: Hacıəli Şirəliyev, 10. Ömər Qurbanov, 18. Rəvan Abasov, 77. Məmməd Əhmədov, 90+1.
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Sevda Nuriyeva, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 15:00.

“Sumqayıt-2” – “Qarabağ-2” 1:1
Qollar: Əjdər Hacılı, 88 – Qurban Səfərov, 43.
Hakimlər: İnqilab Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

5 mart

“Turan Tovuz-2” – “Zirə-2” 1:0
Qol: Əkbər Eyubov, 51-öz qapısına.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəşad Quliyev, Səxran İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 12:00.

“Sabah-2” – “Araz-Naxçıvan-2” 6:3
Qollar: Həmzəalı Mikayılov, 25-pen. Səbuhi Qurbanov, 49. Amir Qəribov, 57. Şahin İbrahimov, 63. Nihat Cabbarov, 71. Ramil Nuraxmedov, 90+3 – Elmir Cəfərov, 69. Tariq Hajjaj, 86. Ayxan Məcidov, 90.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 15:00.

6 mart

“Kəpəz-2” – “Neftçi-2” 3:1
Qollar: Cəlil Allahverdiyev, 21. Cavad Kərimov, 52. Turqut Mustafazadə, 56 – Kamal Kazımov, 36.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namik Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Seçilən
36
2
arena.az

5Mənbələr