AZ

Lavrov ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarını ötürməsini dayandırmasına münasibət bildirib

BAKI,TurkicWorld

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarını ötürməsini dayandırması ilə bağlı mediada yayılan məlumatların Rusiya rəsmilərinin Kiyevin bu informasiyalardan Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etdiyi barədəki açıqlamalarını təsdiqlədiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Lavrov Zimbabve xarici işlər naziri Amon Muvira ilə danışıqların yekunlarına dair mətbuat konfransında danışıb.

"Biz həmişə demişik, prezidentimiz dəfələrlə vurğulayıb ki, Qərbin, xüsusilə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrin birbaşa iştirakı olmadan, yəni, onların kəşfiyyat məlumatları verməsi və həmin məlumatlardan uzaqmənzilli raketlərin istifadəsi üçün texnologiyalarla təmin etməsi olmadan, Ukrayna belə hücumlar həyata keçirə bilməzdi", – deyə Lavrov qeyd edib.

ABŞ-ın Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün kəşfiyyat məlumatları ötürməsini dayandırdığı 5 mart tarixində məlum olub.

Seçilən
18
turkic.world

1Mənbələr