Yeni formatda keçiriləcək klublararası dünya çempionatının ümumilikdə nə qədər gəlir gətirəcəyi məlum olub.
Publika.az "The Athletic"ə istinadən xəbər verir ki, turnir FİFA-y 2 milyard dollar qazandıra bilər.
İştirakçı komandalar isə ümumilikdə təxminən 1 milyard dollar alacaqlar.
Xatırladaq ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı ABŞ-da keçiriləcək. Turnirin ilk oyununda iyulun 15-də “İnter Mayami” Misirin “Əl Əhli” klubu ilə qarşılaşacaq. Final qarşılaşması isə iyulun 13-də baş tutacaq.