AZ

Rəsmi Moskva Ukrayna nizamlanması ilə bağlı nümayəndəsini nə vaxt təyin edəcəyini açıqlayıb

Rusiya ABŞ tərəfinin Ukrayna nizamlanması ilə bağlı danışıqçılar komandasını formalaşmasını gözləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Vaşinqton Ukrayna nizamlanması ilə danışıqçılar komandasını formalaşdırdıqdan sonra Moskva öz nümayəndəsini təyin edəcək.

Qeyd edək ki, fevralında 18-də Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda baş tutan Rusiya-ABŞ yüksək səviyyəli danışıqların yekununda Moskva ilə Vaşinqton arasında Ukrayna nizamlanması ilə bağlı danışıqlar qrupunun yaradılması haqqında razılıq əldə olunub.

Seçilən
12
1
apa.az

2Mənbələr