AZ

Almaniyada məşhur təkər zavodunda PARTLAYIŞ: Yaralılar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Almaniyanın Hannover şəhərində məşhur şin istehsalçısı olan "Continental" şirkətinin zavodunda güclü partlayış baş verib.
Oxu.Az bu barədə "Bild" qəzetinə istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, hadisə müəssisənin binalarından birində baş verib - yuxarı mərtəbələrdə qazan aqreqatı partlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, güclü partlayışın səsi ətrafda da eşidilib.
Partlayış dalğası nəticəsində binanın fasadının bir hissəsi zədələnib. Hadisədən dərhal sonra yanğınsöndürmə xidməti əraziyə cəlb edilib və xeyli sayda yaralı ola biləcəyi barədə xəbərdarlıq edilib.
Azı yeddi nəfərin xəsarət aldığı bildirilir. Onların xəsarətlərinin nə dərəcədə ciddi olduğu barədə hələlik məlumat verilmir.
Partlayışın səbəbləri hələ açıqlanmayıb. Aidiyyəti qurumlar hadisə yerində araşdırma aparırlar.
Seçilən
64
50
oxu.az

10Mənbələr