AZ

Dövlət Xidmətinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxsləri ilə bağlı qərar verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirləndirilən Ayxan Səfərov və Dəyanət Atakişiyevin barələrindəki bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-a istinadla xəbər verir ki, Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, onlara Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Seçilən
121
29
oxu.az

10Mənbələr