AZ

Toyota zavodunda partlayış olub

Toyota

Yaponiyada Toyota zavodunda sənaye toz yığan qurğu partlayıb. “Ulusum”.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası NHK məlumat yayıb.Mənbənin məlumatına görə, partlayış Ayçi prefekturasında “Toyota” avtomobil konserni üçün komponentlər istehsal edən zavodda baş verib. Partlayışın baş verdiyi Fujioka zavodu Toyota Boshoku Qrupunun bir hissəsidir.Hadisə nəticəsində azı 3 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu da bildirilir. İlkin məlumatlara görə, zavodda sənaye tipli toz tutuculardan biri partlayıb. Hadisə yerinə xilasedicilər gəlib.

Diqqət Çəkənlər

Səfir Trampı tənqid etdiyi üçün vəzifəsindən azad edilib

Florida oğrusu 500 min dollarlıq sırğaları udaraq qaçmağa cəhd edib

İlham Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində

Seçilən
9
ulusum.az

1Mənbələr