AZ

Elçin Məsiyev: “Olduqca vacib təyinatdır, çox sevincliyik”

FIFA referisi Elçin Məsiyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat almış hakim bununla bağlı fikirlərini paylaşıb:

“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir. Bildiyiniz kimi, ötən ilin dekabrında birinci kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”, deyə Elçin Məsiyev vurğulayıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.

Seçilən
53
11
arena.az

10Mənbələr