AZ

Azərbaycanda xaricdə təhsil almış neçə həkim işləyir? - AÇIQLAMA

Hazırda TƏBİB tabeli tibb müəssisələrində xaricdə təhsil almış 1345 nəfər tibb işçisi çalışır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2024-cü illər üçün Proqram" çərçivəsində isə TƏBİB tabeli tibb müəssisələrinə ümumilikdə 134 nəfər xaricdə təhsil almış həkim-mütəxəssis cəlb edilib.

Qeyd edək ki, xaricdə təhsil almış və orada çalışan həkimlərin ölkədə, eyni zamanda regionlardaki xəstəxanalarda işləməyə cəlb edilməsi ilə bağlı TƏBİB tərəfindən işlər görülür.

Milli.Az

Seçilən
2
1
milli.az

2Mənbələr