AZ

NBA-da pley-offa vəsiqə qazanan ilk komanda BƏLLİ OLDU

Milli Basketbol Assosasiyasında (NBA) bu gün keçirilən oyunlardan sonra pley-off mərhələsinə vəsiqə qazanan ilk komanda bəlli olub.

hakimiyyet.az xəbər verir ki, "Klivlend Kavalers" "Mayami Hit"ə qalib gələrək, pley-offa vəsiqəni təmin edib.

"Klivlend Kavalers" bu matçla çempionatda qələbələrinin sayını 52-yə yüksəldib. Komanda cəmi 10 oyunda məğlub olub. Klivlend təmsilçisi hazırda Şərq konfransının lideridir.

Əlavə edək ki, konfransda yeddinci pillədə Mayami komandası qərarlaşıb. Məhz bu məğlubiyyət onların nəzəri cəhətdən "Klivlend Kavalers"i keçmək şansını heçə endirib.

Seçilən
11
1
hakimiyyet.az

2Mənbələr