AZ

“Bu, həm də türk dünyasının birləşməsi deməkdir” - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

“Martın 5-də Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olmuş Iğdır-Naxçıvan qaz boru xətti qardaşlığımızın göstəricisidir. Naxçıvanın qazla təminatı qardaş Türkiyə üzərindən həyata keçiriləcəkdir. Gələcəkdə isə Iğdır-Naxçıvan elektrik xətti və dəmir yolunun çəkilməsi də planlaşdırılır. Bu, həm də türk dünyasının birləşməsi deməkdir”.

Bunu hafta.az-a açıqlamasında deputat Azər Badamov bildirib.

A.Badamov xatırladıb ki, Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” müdrik kəlamı üzərində günü-gündən möhkəmlənməkdədir.

“Ölkələrimiz müttəfiqdirlər. Bizim heç bir məsələdə heç vaxt fikir ayrılığı olmayıb. Beynəlxalq platformalarda da bir-birmizə dəstək veririk və mövqelərimiz üst-üstə düşür.

 Azərbaycan və Türkiyə siyasi, iqtisadi, ticari, hərbi, humanitar, mədəni və digər sahələri üzrə əməkdaşlıq edir. Bu əməkdaşlığımız dövlət başçılarımızın şəxsi qardaşlıq münasibətləri üzərində günü-gündən möhkəmlənir. Həm də ölkələrimizarası bağlar ərsəyə gəlmiş nəqliyyat və enerji layihələri ilə möhkəmlənməkdədir.  Beləki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan Neft və Bakı-Tblisi-Ərzurum qaz kəmərləri ölkələrimizarası dəmir xətlərlə möhkəmlənən bağların göstəricisidir”.

A.Badamov eyni zamanda qeyd edib ki, Naxçıvana kommunikasiya xətləri Zəngəzur dəhlizi üzərindən də keçə bilərdi.

“Zəngəzur dəhlizinin açılması bizim hədəfimizdir və Ermənistandan bunu tələb etməkdə davam edəcəyik. Həm də Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Amma Ermənistan bu dəhlizin açılmasından müxtəlif çaşdırıcı fikirlər səsləndirməklə yayınmağa çalışır. Bu da bizim Türkiyə üzərindən Naxçıvana yeni təminat marşurutları çəkməyimizə məcbur edir. Amma Zəngəzur dəhlzinin açılmasının gecikdirilməsilə Ermənistan özünü də böyük gəlirlərdən məhrum etmiş olur. Çünki Zəngəzur dəhlizi ancaq Azərbaycandan Azərbaycana daşınmalarla bağlı maneəsiz keçid olamayacaqdır. Bu dəhliz vasitəsilə daşınacaq beynəlxalq yüklər isə Ermənistana eyni zamanda gəlir gətirəcəkdir. Yəni, Zəngəzur dəhlizinin açılmaması Ermənistanın dalan ölkə kimi qalmasını davam etdirir”.

Deputat eyni zamanda qeyd edib ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə türk dünyası arasında uzun illər kəsilmiş fiziki bağlantı bərpa olunacaqdır. Belə ki, Zəngəzur dəhlizi vasitəsilə enerji kommunikasiya xətlərinin də çəkilməsi nəzərdə tutulur.

“Yəni qaz və elektrik xətlərinin Zəngəzur dəhlizi üzərindən uzanacağı təqdirdə Mərkəzi Asiyada yerləşən qardaş ölkələrimizdən daxil olan yüklərin və enerji resursların Türkiyəyə, sonra da Avropaya ixracı üçün yeni imkanlar yaranacaqdır. Bu, həm də türk dünyasının yeni bağlarla birləşməsi deməkdir”.

Seçilən
39
hafta.az

1Mənbələr