AZ

Orban Fransanın gələcək prezidentinin ADINI AÇIQLADI

Macarıstanın baş naziri Viktor Orban Fransa parlamentində sağçı Milli Ralli fraksiyasının lideri Marin Le Peni ölkənin gələcək prezidenti adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Fransanın keçmiş və indiki prezidenti ilə görüşdən sonra gələcək prezidentlə görüşmək çox xoş oldu", - Orban yazıb.

Martın 5-də macar siyasətçi Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparıb. Bundan əvvəl Orban ölkənin keçmiş rəhbəri Nikola Sarkozi ilə görüşüb. Sonra Le Pen ilə şəxsən danışmaq qərarına gəlib. Onunla çəkdirdiyi fotonu internetdə yerləşdirib və dərin müzakirəyə görə təşəkkür edib.

Seçilən
39
1
publika.az

3Mənbələr