AZ

Gəncədə kommunal tipli yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2 - VİDEO

Fövqəladə Hallar Nazirliyi Gəncədə kommunal tipli yaşayış binasında yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

***

18.38

Gəncədə kommunal tipli yaşayış binasında baş verən yanğının qarşısı alınıb.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın söndürülüb.

***

17.37

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

***

16.54

Gəncədə bir-birinə bitişik ikimərtəbəli evlərdə yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Dərhal əraziyə FHN-nin yanğınsöndürən birqadası cəlb olunub.

Gəncədə Gəncədə
Seçilən
24
3
apa.az

10Mənbələr