AZ

Süleymanlıdan son turda qələbə

Moskvada "Aeroflot Open" beynəlxalq şahmat turniri başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı sonuncu - 9-cu turda rusiyalı İvan Rozuma qalib gəlib.

Qələbə qrossmeysterimizə 5,5 xal toplayaraq yarışı 36-cı pillədə başa vurmağa imkan verib.

Digər təmsilçimiz Rəvan Əliyev isə Dmitri Rostovtsev (Rusiya) ilə heç-heçə sayəsində xalını 4-ə çatdırıb və 90-cı yerdə qərarlaşıb.

Dünya tacı uğrunda görüşlərin ikiqat iştirakçısı Yan Nepomnyaşi 7 xalla "Aeroflot Open"in qalibi olub.

 

Təmsilçimizdən uğurlu start

Dörd şahmatçımız dünya çempionatına qələbə ilə başlayıb

Şahmatçımız İndoneziyada beynəlxalq turnirin qalibi olub

Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion olub

Eltac Səfərli İndoneziyada çempion oldu

Seçilən
3
1
apasport.az

2Mənbələr