6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BANK RESPUBLİKA" ASC-nin 5milyon dollarlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 13.03.2025-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.
Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BANK RESPUBLİKA" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2007002887
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli
İstiqrazların sayı: 5000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 ABŞ Dolları
Buraxılış həcmi: 5 000 000 ABŞ Dolları
İllik gəlirlilik faizi: 8.5%
Ödəmə periodu: Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə)
Tədavül müddəti: 8 il
Ticarətə buraxılma tarixi: 13.03.2025
Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC