AZ

Tovuzda yeni doğulan körpənin ölüm səbəbi AÇIQLANDI

Tovuz rayonunda yeni doğulan körpənin ölüm səbəbi açıqlanıb.

KONKRET.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq doğularkən ona asfiksiya (kəskin tənəffüs çatışmazlığının ən ağır forması – red.) diaqnozu təyin edilib:

“Martın 5-i saat 17:30-da Gədəbəy rayon sakini, 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Qeysəriyyə üsulu ilə çəkisi 3 min 500 qram, boyu 50 santimetr olan körpə (oğlan) doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.

Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 2025-ci il martin 5-i saat 13:30-da körpənin ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Seçilən
47
12
konkret.az

10Mənbələr