AZ

Azərbaycan və Türkiyə yeni mərhələyə qədəm qoyur -

"Cənab Prezidentin Türkiyəyə səfəri böyük əhəmiyyət daşıyır. Hazırda regionda və dünyada mühüm proseslər gedir. Bu “Belə bir həssas məqamda Azərbaycanın və Türkiyənin ortaq fikirləri, dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri xüsusilə vurğulanmalıdır. Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda enerji sahəsindəki münasibətlərimizi daha da dərinləşdirir. Cənab Prezident İlham Əliyev öz çıxışında Zəngəzurun Ermənistana verilməsi ilə əlaqədar bölgədə yaranan geosiyasi vəziyyət haqqında söylədiyi fikirlər çox qiymətlidir və bu, regionda maraqları olan qüvvələrə bir mesajdır”. İ.Hüseynov hesab edir ki, iki ölkə arasında strateji tərəfdaşlıq bugünkü reallıqlarda yeni bir mərhələyə qədəm qoyur:“Türk dünyasının iki müdrik lideri - cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni bir tarix yazırlar. Bu tarix dövlətlərimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir. Qlobal əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrimiz böyük bir coğrafiyada sülhü və təhlükəsizliyi dəstəkləyir. Hesab edirəm ki, Orta Dəhliz və Zəngəzur Dəhlizinin tam miqyasda istifadəyə verilməsi Azərbaycana və Türkiyəyə yeni iqtisadi dividentlər gətirəcəkdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
12
1
metbuat.az

2Mənbələr