Naxçıvan Şəhər İcra Hakimiyyəti yeni tender elan edib.
Valyuta.Az xəbər verir ki, qurumun elan etdiyi tender kommunal təyinatlı texnikaların satınalınması ilə bağlıdır.
Məlumata əsasən, bu texnikalar 1 ədəd 10 tonluq su maşını, 1 ədəd yol təmizləmək üçün süpügə maşını, 1 ədəd 18 metrlik avto səbət, 1 ədəd kran manipulyator, 1 ədəd qəza-bərpa xidmət avtomobili (daxili təchizatı ilə birlikdə), 1 ədəd 10 tonluq özü boşaldan yük maşını və 1 ədəd ekskavatordan ibarətdir.
Qeyd edək ki, tender 22 aprel 2025-ci ilə qədər davam edəcək və bu tender üçün ehtimal olunan qiymət 1.576.810,00 AZN-dir.
Rəhim