AZ

Mərkəzi Kəşfiyyat İdarəsində kütləvi ixtisarlar gedir

MKİ-nin son iki ildə işə götürülən əməkdaşları işdən çıxarılmağa başlayıb.

Bu barədə “The New York Times” üç mənbəsinə istinadən xəbər verir. İşdən çıxarılanlar agentliyin Langleydəki qərargahının xaricindəki ofisə çağırılır və xidmət sənədlərini təhvil vermələri xahiş olunur. Qəzetin məlumatı artıq idarənin mətbuat xidmətindən də təsdiqlənib. Qəzet yazır ki, bu yolla neçə nəfərin ixtisar ediləcəyi hələ də qeyri-müəyyən olaraq qalır, lakin mənbələrə görə, rəhbərlik bütün yeni işçilərlə vidalaşmağı planlaşdırmır. Langley-də ixtisarlar əsəbi şəkildə qarşılanır.

Bəzi MKİ-nin yeni əməkdaşları telefona cavab verməkdən belə qorxurlar. Qəzet yazır: “İxtisarlar rəhbərlikdə mənəviyyatı məhv edib və məhsuldarlığı aşağı salıb”.

Kütləvi ixtisarlar məhkəmənin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin işçiləri öz istəyi ilə işdən çıxarmaq hüququnu təsdiq etməsindən bir neçə gün sonra baş verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr