AZ

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, nəticələrə əsasən, “Liverpul”un qapıçısı Alisson həftənin oyunçusu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Harri Keyn, Martin Odeqaard və Rodriqo da Çempionlar Liqasında həftənin oyunçusu mükafatı uğrunda mübarizə aparırdılar.PSJ ilə son səfər oyununda Alisson 9 seyv edib və gecənin əsas qəhrəmanına çevrilib. Mersisaydlılar təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. 

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları gələn həftə - martın 11 və 12-də keçiriləcək.

Seçilən
39
90deqiqe.az

1Mənbələr