AZ

Rəşad Sadıqova köməkçi təyin olundu

"Zirə" futbol klubu məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.

SeherXeber.org xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, bundan sonra Ağabala Ramazanov Rəşad Sadıqovun çalışdırdığı əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi indiyədək məşqçi kimi "Zirə"nin akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında "Zirə"-də çıxış edib və komandanın kapitanı olub.

Seçilən
61
10
seherxeber.org

10Mənbələr