AZ

Zelenski Aİ liderlərinə Ukraynada sülhə nail olmaq üçün ilk addımları təqdim edib

Ukrayna prezidenti Vladimir Zelenski Avropa Şurasının iclasında çıxışı zamanı Ukraynanın ədalətli sülhə hazır olduğunu və bunun bərqərar olması üçün lazım olan addımları sadalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

“Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır və biz həmişə deyirik ki, müharibənin davam etməsinin yeganə səbəbi Rusiyadır. Ukrayna nəinki sülh üçün lazımi addımları atmağa hazırdır, həm də bu addımların nədən ibarət olmasını təklif edirik”, – Zelenski bildirib.

Onların arasında o, enerji və digər infrastruktura hücumların dayandırılmasını, dənizdə atəşkəsin və məhbusların azad edilməsinin adını çəkib. Ukrayna prezidenti bu yolla Rusiyanın hiylə və təxribata əl atmayacağına əmin olmaq istəyib.

O, ayrıca vurğulayıb ki, Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı istənilən məsələ yalnız onların iştirakı ilə həll edilməlidir.

Seçilən
18
nocomment.az

1Mənbələr