AZ

Evin ideal temperaturu nə qədər olmalıdır?

Evin ideal temperaturu nə qədər olmalıdır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, mülayim və soyuq iqlimlərdəotaq temperaturu 18 dərəcə olmalıdır və bu halda insanları soyuğun mənfi təsirlərindənqorumaq olar.

 

Qlobal.net bildirir ki, soyuq, rütubətli və ya küləkli bir mühitdə olmaq astma, ürək xəstəliyiriski, narahatlıq pozuqluğu və depressiya kimi fiziki və ruhi sağlamlıqproblemlərinə səbəb ola bilər.

 

Bədən özünü soyutmağa çalışdıqca ürək və böyrəklərə təzyiq artaraq istilikvə günvurma kimi problemlərə səbəb olur. 

 

Həddindən artıq istiləşmə təkcə sağlamlıq problemlərinə səbəb olmur, həm dəpsixi sağlamlığa mənfi təsir göstərə bilər. Bəzi araşdırmalara görə, həddindənartıq temperatur və intihar riskinin artması arasında əlaqə var.

 

Bədən istiliyini tənzimləməkdə çətinlik çəkən körpələr, kiçik uşaqlar vəyaşlılar temperatur fərqlərindən xüsusilə təsirlənənlər arasındadır.

 

Körpələr üçün otaqdakı orta temperatur normadan bir qədər yuxarı, təxminən16-20 dərəcə olmalıdır.

 

Körpələr həddindən artıq istidə qalırsa, ani körpə ölümü sindromu riskivar. Ona görə də otaq temperaturunu yoxlamaq, körpənin boyun və döş qəfəsinin tərləyib-tilmədiyiniyoxlamaq məsləhətdir. Yenidoğulmuşlarda və gənc uşaqlarda bədən hərarəti yaşlıuşaqlar və böyüklərdən daha yüksəkdir.

 

Diabet səbəbiylə qan dövranı ilə bədənin istiləşməsi ilə bağlı problemləryarana bilər. Belə hallarda 18 dərəcə kimi nisbətən sərin bir evdə qalmaq beləhipotermiyaya səbəb ola bilər. 70-95 yaş arası qadınların 15 və 25 dərəcəistilikdə fiziki göstəricilərinin araşdırıldığı araşdırmaya görə, soyuqda 45 dəqiqəqalmaq yaşlı qadınların fiziki qabiliyyətlərinə mənfi təsir göstərir.

 

Yuxuya getdikdən sonra otaq temperaturunun 16 ilə 18 dərəcə arasındaolmasına üstünlük verilir. Çox isti otaqda yatmaq bütün gecə oyanmağa və yaxşıistirahət edə bilməməyə səbəb ola bilər.

 

Səbinə

Qlobal.net

Seçilən
16
qlobal.net

1Mənbələr