İspaniyanın “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen həyat yoldaşından ayrılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Mark-Andre ter Ştegen İnstagram hesabında paylaşım edib.
Qapıçı diqqətlə düşündükdən sonra Daniylə yollarını ayırmağa qərar verdiklərini bildirib: “Bu qərar, təsəvvür etdiyiniz kimi asan deyildi, lakin hər ikimiz bunun bizim üçün ən yaxşı addım olduğuna inanırıq.
Birgə diqqətimiz uşaqlarımız üçün ən yaxşısını etməyə, onların sevgidolu və sabit bir mühitə sahib olmalarını təmin etməkdir. Biz valideynlər kimi birlikdə işləməyə və həmişə olduğu kimi bir-birimizə hörmət və minnətdarlıqla yanaşmağa sadiqik”.
Qeyd edək ki, cütlük rəsmi nikaha 2017-ci ildə daxil olmuşdu.