Türkiyənin "Fənərbağça" klubu Avropa Liqasının 1/8 final mərhələsində ağır məğlubiyyətə düçar olub.
Offsideplus.az xəbər verir ki, Joze Mourinyonun yetirmələri doğma meydanda Şotlandiyanın "Reyncers" komandasına uduzublar.
Bu görüşə qədər 18 oyunluq məğlubiyyətsizlik seriyası olan "sarı-lacivərdlilər" rəqib önündə zəif təsir bağışlayıblar. Müdafiədə buraxılan kobud səhvlər hələ 7-ci dəqiqədə qonaqların hesabı açmasına imkan yaradıb.
Birinci hissənin gedişində "Fənərbağça" status-kvonu bərpa etsə də, şotlandlar aqressiv oyun sayəsində səfərdən sərfəli hesabl qayıtmağı bacarıblar. Qlazqo təmsilçisi 90 dəqiqə ərzində 5 qol vurub, lakin bunlardan 2-si ofsayd olduğundan, VAR-a baxıldıqdan sonra ləğv edilib.
Beləliklə, "Fənərbağça" gözlənilməzdən məğlubiyyət acısı dadaraq, 1/4 finala yüksəlmək üçün işini çətinə salıb. Cavab matçı martın 13-də Şotlandiyada keçiriləcək.
Avropa Liqası, 1/8 final, ilk oyun
"Fənərbağça" - "Reyncers" 1:3
Djiku, 30 - Dessers, 7;Cerny, 42; 81