Türkiyəli milyarder Ömər Sabancının gəlini, "Sen Çal Kapımı" serialının ulduzu, aktrisa Hande Erçel "Balmain" verilişinin qonağı olub.
Publika.az xəbər veri ki, o, proqramda lentə alınan fotoları "Instagram" hesabında paylaşıb.
Serial ulduzu dərin dekolteli qara dəri mini libasda poza verib. Görünüşü alçaqdaban çəkmələr və dəri çanta ilə tamamlayıb. O, həmçinin saçlarını burub, makiyajını isə qara rəngli göz layneri ilə edib.
Hande Erçelin şəxsi həyatı və yaradıcılığı pərəstişkarlarının yaxından diqqət mərkəzindədir. 2022-ci ilin mart ayında ulduzun "Sen Çal Kapımı" serialında tərəf müqabili olan aktyor Kerem Bürsinlə ayrıldığı məlum olub.