"Karvan" heyətini legionerlə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə Yevlax komandasının mətbuat xidməti məlumat yayıb.
1-ci Liqa təmsilçisi özbəkistanlı müdafiəçi Behzid Xolikulovla müqavilə imzalayıb. Sözləşmə hazırkı mövsümün sonuna qədər nəzərdə tutulub.
20 yaşlı futbolçunun son klubu Özbəkistan "Soqdiana"sı olub.