AZ

AL: "Fənərbağça" evdə, "Tottenhem" səfərdə uduzdu

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, ÇL-dən fərqli olaraq, AL-də bütün görüşlər eyni gündə baş tutub.

Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda "Reyncers"ə uduzub.

"Tottenhem" "Alkmar"la səfər oyununda məğlub olub,  "Mançester Yunayted" qonaq qismində “Real Sosyedad”la heç-heçə edib. 

"Roma" Bilbao "Atletik"ini öz meydanında yenməyi bacarıb. "Budyo Qlimt" Norveçdə "Olimpiakos"u darmadağın edərək 1/4 finala yüksəlmək şansını artırıb.

Gecənin maraqlı qarşılaşmalarından biri də Amsterdamda keçirilib. "Ayaks" "doğma divarlar arası"nda Belçika təmsilçisi "Anderlext"ə boyun əyib.

Bu mərhənin cavab görüşləri martın 13-də reallaşacaq.

UEFA Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
6 mart

“Alkmar” (Niderland) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: Berqvall, 18-öz qapısına.

“Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: Oyarsabal, 70-pen – Zirkze, 57.

“Styaua” (Rumıniya) – “Olimpik” (Lion, Fransa) 1:3
Qollar: Baluta, 68 – Talyafiko, 30. Fofana, 86; 89.

“Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) 1:3
Qollar: Djiku, 30 – Dessers, 7. Çerni, 42; 81.

“Viktoriya” (Plzen, Çexiya) – “Latsio” (İtaliya) 1:2
Qollar: Durosinmi, 53 – Romanyolii, 18. İsaksen, 90+8.

“Budyo Qlimt” (Norveç) – “Olimpiakos” (Yunanıstan) 3:0
Qollar: Tsolakis, 13-öz qapısına. Hoq, 45; 55.

“Ayaks” (Niderland) – “Anderlext” (Belçika) 1:2
Qollar: Brobbi, 10 – Larsson, 28. Sxiri, 70.

“Roma” (İtaliya) – “Atletik” (İspaniya) 2:1
Qollar: Anxelinyo, 56. Şomurodov, 90+4 – Uilyams, 50.

 

Seçilən
24
fanat.az

1Mənbələr