AZ

ABŞ nüvə silahından qurtulmaq üçün Rusiya və Çinlə dialoq aparmaq istəyir

ABŞ nüvə silahından qurtulmaq üçün Rusiya və Çinlə dialoq aparmaq istəyir

ABŞ administrasiyası nüvəsizləşdirmə məsələsini Rusiya və Çinlə müzakirə etmək istərdi. AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.O qeyd edib ki, ilk prezidentlik dövründə bu məsələni Moskva və Pekinlə artıq müzakirə edib və bu cür məsləhətləşmələri bərpa etməyi planlaşdırır: "Hər kəs nüvə silahından qurtulsa, çox gözəl olardı. Rusiya və bizdə hazırda ən çox var. Dörd-beş ildən sonra Çin də eyni rəqəmə sahib olacaq və hamımız nüvə silahından qurtula bilsək, əla olar, çünki nüvə silahının gücü sadəcə dəlilikdir. Bu, ağılsızlıqdır".Tramp bildirib ki, əvvəlki dövrdə Rusiya ilə nüvəsizləşdirmə proqramına çox yaxın olub: "Biz Çini cəlb edəcəyik. Bu barədə Çin sədri Si Cinpin ilə danışdım və o, bunu etməkdən çox məmnun olacağını bildirdi. Ancaq pis hadisələr baş verdi, saxtalaşdırılan seçkilər oldu. Biz dörd ildən sonra yenidən bu məsələyə qayıtmalı olduq. Amma mən bu düşüncələrə başlamaq istərdim ki, nüvəsizləşdirmə inanılmaz olar", - deyə Amerika lideri əlavə edib.

Seçilən
56
afn.az

1Mənbələr