AZ

İsveç Polşaya “Gripen” qırıcıları göndərəcək

İsveç NATO-nun Polşada həyata keçirəcəyi əməliyyatda iştirak etmək üçün heyət üzvləri ilə birlikdə səkkiz “JAS Gripen” qırıcısı göndərəcək.

APA xəbər verir ki, qərar hökumətin mətbuat konfransında elan edilib.

İsveçin müdafiə naziri Pol Yonsonun sözlərinə görə, missiyanın əsas məqsədi kollektiv təhlükəsizliyin gücləndirilməsi və strateji əhəmiyyətli logistika yollarının qorunmasıdır. “Gripen” qırıcıları hava patrulu və mümkün təhdidlərin, o cümlədən pilotsuz uçuş aparatları və qanadlı raketlərin qarşısının alınması üçün istifadə olunacaq.

Seçilən
71
1
apa.az

3Mənbələr