ABŞ prezidenti Donald Tramp aprelin 2-dək Meksikanı ABŞ-Kanada-Meksika Azad Ticarət Müqaviləsində (USMCA) nəzərdə tutulan mallara tətbiq olunan rüsumlardan azad etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki , TASS-ın məlumatına görə, bu barədə Donald Tramp “Truth Social” sosial platformasında məlumat verib.
“Meksika prezidenti Claudia Sheinbaum ilə söhbətdən sonra mən razılaşdım ki, Meksikadan USMCA-da nəzərdə tutulan tarifləri ödəmək tələb olunmayacaq. Bu razılaşma aprelin 2-dək qüvvədədir” deyə o, xüsusilə yazıb.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxal mallarına 25% rüsum tətbiq etdi, həmçinin Çindən gələn mallara tarifləri 10%-dən 20%-ə qaldırdı.