AZ

Makron Putinlə “doğru anda” danışmağa hazır olduğunu bildirib

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə dialoqa hazırdır...

Poliqon xəbər verir ki, Fransa prezidenti bunu Avropa İttifaqının Brüsseldə keçirilən sammitindən sonra jurnalistlərə bildirib. Makron qeyd edib ki, onların söhbətindən əvvəl danışıqlar aparan tərəflər arasında təmaslar olmalıdır.

“Zelenski, avropalı tərəfdaşlarımız və mən hesab edirik ki, doğru məqamın yetişdiyi zaman mən prezident Putinlə danışmalıyıq və mən buna hazıram”, deyə Fransa prezidenti vurğulayıb.

Qeyd edək ki, Fransa və Rusiya prezidentləri sonuncu dəfə 2022-ci ilin sentyabrında telefonla danışıblar. 2025-ci ilin fevralında Emmanuel Makron Ukraynadakı münaqişənin həllinə kömək edəcəyi təqdirdə Vladimir Putinlə danışmağa hazır olduğunu bəyan edib. Həmçinin bu həftə Makron Avropa hakimiyyətinin Rusiya prezidenti ilə dialoqu bərpa edə biləcəyini istisna etməyib.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr