AZ

Pentaqon: ABŞ Kiyevdən gələn siqnallarla həvəslənib, lakin yardım hələ fasilədədir

Pentaqon:

Birləşmiş Ştatlar Kiyev rəhbərliyinin bəyanatlarını və hərəkətlərini diqqətlə izləyir və son siqnallardan ruhlanır, lakin hərbi yardımın verilməsində fasilə qüvvədə qalır.

Bunu britaniyalı həmkarı Con Hili ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandıran ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

Ukraynaya hərbi yardımın və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası mümkünlüyü barədə suala cavab olaraq, Heqset Ukrayna tərəfində “sülhə gedən yolda real öhdəlik” olana qədər onların dayandırıldığını vurğulayıb.

Prezident Donald Tramp ukraynalıların sülh prosesi ilə bağlı dediklərini və etdiklərini çox diqqətlə izləyir. Aldığımız siqnallar bizi ruhlandırır. Nəhayət, qərar Trampın ixtiyarındadır, lakin hələlik yardımın verilməsi fasilədədir”, - Pentaqon rəhbəri bildirib.

Heqset qeyd edib ki, ABŞ “sülh üçün şərait yaratmaqda maraqlıdır”. Eyni zamanda, onun qiymətləndirməsinə görə, münaqişənin sonu “bu gün əvvəlkindən daha yaxındır”.

Cavid

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr