"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Reyncers"in futbolçularının davranışından (1:3) danışıb.
Publika.az xəbər verir ki, o, Şotlandiya təmsilçisilərinin oyunçularını tənqid edib:
“Oyundan əvvəlki mətbuat konfransımı dinləsəniz, rəqibimə böyük hörmətlə yanaşdığımı görərsiniz.
Əvvəlki baş məşqçi öz fəlsəfəsinə daha çox diqqət yetirirdi. Amma mən bilirdim ki, Barri Ferqyuson daha praqmatik yanaşmaya malikdir.
"Reyncers" bacardığı qədər müdafiə olundu və bunu yaxşı etdi. Onların əks-hücumları təhlükəli idi. Mən buna təəccüblənmirəm. Qapıçı hər dəfə topa sahib olanda 6-8 saniyə əvəzinə 30 saniyə vaxt gedirdi. Onlar praqmatik hərəkət etdilər, mübarizə apardılar və qələbəyə layiq idilər.