Azərbaycan və Haiti komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyuna saat 21:45-də start veriləcək.
Millimiz martın 25-də, saat 21:45-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.