AZ

Azərbaycanlı hücumçu 90+1-ci dəqiqədə qələbə qolunu vurdu - VİDEO

Polşa çempionatında 24-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Krakoviya"nın qonağı olub.

Qarşılaşma Radom təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 forvard 54-cü dəqiqədə meydana daxil olub. Azərbaycanlı futbolçu 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Xallarını 28-ə yüksəldən "Radomyak" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qolun videosunu təqdim edirik:

Seçilən
94
28
sportinfo.az

10Mənbələr