AZ

Azərbaycanda gips və anhidrit istehsalı 2,3 dəfə artıb

Bu ilin yanvar ayında Azərbaycanda 51,1 min ton gips və anhidrit istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə, 29,2 min ton və ya 2,3 dəfə çoxdur.

2024-cü ilin yanvar ayında ölkədə 21,9 min ton gips və anhidrit istehsal olunmuşdu.

Bu ilin fevralın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 52,6 min ton təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5% faiz azalıb.

Fuad Mədətov
Finss.az

Seçilən
7
3
fins.az

7Mənbələr